23 iyul 2026. Cümə axşamı

AFFA Turan Tovuz'un qapıçısını bağışladı


AFFA Turan Tovuz'un qapıçısını bağışladı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz”un şikayətinə baxıb. Corner.az saytı xəbər verir ki, qurum AFFA İntizam Komitəsinin qapıçı Kamal Bayramovla bağlı verdiyi qərarda dəyişiklik edib.
 
İntizam Komitəsi 38 yaşlı qolkiperə 3 oyunluq sanksiya tətbiq etmişdi ki, o, bunun bir matçını çəkib. Apellyasiya Arbitraj Tribunalı qalan 2 matçlıq cəzanı isə 1-ə endirib. Digər 1 görüşlük cəza isə 6 aylıq sınaq müddəti ilə əvəzlənib.
 
Bayramov sınaq dövründə qayda pozuntularına yol versə, həmin 1 görüşlük cəza avtomatik bərpa olunacaq.
 
Qeyd edək ki, Kamal Bayramov Premyer Liqanın XXX turunda “Kəpəz”lə oyun bitdikdən sonra rəqib oyunçuları təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdı. Bu üzdən o, “Sabah”la XXXI tur görüşünü buraxıb.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı