8 may 2026. Cümə

Premyer Liqada 500-cü oyun


Premyer Liqada 500-cü oyun
“Qəbələ” Misli Premyer Liqasının 32-ci turunda “Səbail”lə qarşılaşacaq. Corner.az xəbər verir ki, bu gün baş tutacaq oyun Qəbələ şəhər stadionunda keçiriləcək.
 
Bu matç “qırmızı-qaralar”ın tarixinə Premyer Liqadakı 500-cü oyun kimi düşəcək. Azərbaycan çempionatının yüksək dəstəsində 2006/07 mövsümündə debüt edən komanda indiyədək 499 görüşə çıxıb.
 
“Qəbələ” 17 mövsüm ərzində 195 qələbə qazanıb, 136 heç-heçə edib və 168 dəfə uduzub. Bu oyunlarda 607 qol vuran “Qəbələ” futbolçuları 561 qol buraxıb. “Qırmızı-qaralar” Premyer Liqada 721 xal toplayıb.
 
“Qəbələ” çempionatın tarixində 500 və daha çox oyun keçirən 7-ci komanda olacaq. Qəbələ şəhər stadionundakı matç 250-ci ev görüşüdür. Digər 250 matç səfərdə baş tutub.
 
Xatırladaq ki, “Qəbələ” Premyer Liqada ilk oyununu 2006-cl il avqustun 5-də keçirib. Həmin vaxt “Gilan” adlanan komanda “İnter”lə ev sınağında qolsuz heç-heçə edib.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi