23 iyun 2026. Çərşənbə axşamı

Qəbələ'də 100-cü oyun


Qəbələ'də 100-cü oyun
Murad Musayev “Qəbələ”də 100-cü oyununu keçirib. Corner.az xəbər verir kİ, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
 
“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Murad bu qarşılaşmalarda 3 qola imza atıb.
 
Müdafiəçinin “Qəbələ”dəki debütü 2012/13 mövsümündə gerçəkləşib. O, 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
 
Müdafiəçi “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi düşüb. Bu göstəricidə rekord Ürfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.
 
Xatırladaq ki, “Səbail”lə qarşılaşma “Qəbələ”nin Premyer Liqada 500-cü oyunu olub.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı