11 aprel 2026. Şənbə

İkinci çempionluq


İkinci çempionluq
Futbol üzrə Azərbaycan I Divizionda çempion müəyyənləşib. Corner.az xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.
 
2013/14 mövsümündəki uğurunu təkrarlayan Muxtar Respublika təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıb. Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib. “Araz Naxçıvan” I Divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.
 
I Divizionun bütün qalibləri
 
1992. ANS Pivani (Bakı)
 
1993. Xəzri (Buzovna)
 
1993/94. Azneftyağ (Bakı) və Zabrat
 
1994/95. Şəmkir
 
1995/96. Xəzər (Sumqayıt)
 
1996/97. Göyçay
 
1999/2000. Şahdağ (Quba)
 
2000/01. MOİK (Bakı)
 
2001/02. Lokomotiv (İmişli)
 
2003/04. Gənclərbirliyi (Sumqayıt)
 
2004/05. Şüvəlan (Bakı)
 
2005/06. Qəbələ
 
2006/07. Masallı
 
2007/08. Bakılı
 
2008/09. ABN (Bərdə)
 
2009/10. Kəpəz (Gəncə)
 
2010/11. Abşeron (Bakı)
 
2011/12. Qaradağ Lökbatan (Bakı)
 
2012/13. Ağsu
 
2013/14. Araz Naxçıvan
 
2014/15. Neftçala
 
2015/16. Neftçala
 
2016/17. Turan Tovuz
 
2017/18. Xəzər (Bakı)
 
2018/19. MOİK (Bakı)
 
2019/20. Turan Tovuz
 
2020/21. Neftçi-2 (Bakı)
 
2021/22. Qaradağ Lökbatan (Bakı)
 
2022/23. Araz Naxçıvan
 
Qeydlər:
 
I divizionda (dəstədə) oynadığı vaxt başqa ad altında çıxış edən komandalar sonradan daşıdığı adla göstərilib.
 
1993/94 mövsümündə qrupların qalibləri arasında final oyunu keçirilməyib.
1997/98 və 1998/99 mövsümlərində I dəstə, 2002/03 mövsümündə ölkə çempionatı keçirilməyib.






Misli Premyer liqa

"Kəpəz" autsayderlə bacarmadı
  • Misli Premyer liqa
  • 17:38 10.04.2026
"Kəpəz" autsayderlə bacarmadı
AFFA “Turan Tovuz”u ağır cərimələyib
  • Misli Premyer liqa
  • 14:36 09.04.2026
AFFA “Turan Tovuz”u ağır cərimələyib
Son 4 mövsümün ən böyük hesabı
  • Misli Premyer liqa
  • 11:40 08.04.2026
Son 4 mövsümün ən böyük hesabı
XXI əsrin ən məhsuldar seriyası
  • Misli Premyer liqa
  • 11:13 08.04.2026
XXI əsrin ən məhsuldar seriyası
Amerikalıların 10-cu het-triki  - 35-ci legioner
  • Misli Premyer liqa
  • 11:04 08.04.2026
Amerikalıların 10-cu het-triki - 35-ci legioner
Felipedən 25-ci qol
  • Misli Premyer liqa
  • 10:57 08.04.2026
Felipedən 25-ci qol