5 noyabr 2026. Cümə axşamı

Sabah'dan darmadağın


Sabah'dan darmadağın

Bu gün Misli Premyer Liqasında XXXIII tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Kəpəz”  “Sabah”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaqlar 3 cavabsız qolla qalib gəlib.

Bu turun “Şamaxı” – “Zirə” (6 may), “Turan Tovuz” – “Neftçi”, “Sumqayıt” – “Səbail” (7 may) və “Qarabağ”– “Qəbələ” (8 may) oyunları qarşıdakı günlərdə keçiriləcək.

Misli Premyer Liqası
XXXIII tur
5 may

“Kəpəz” – “Sabah” 0:3
Qol: A.Kaşuk, 4. E.Apeh, 16. D.Volkov, 83.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu, 18:00







Misli Premyer liqa