8 may 2026. Cümə

Neftçi'nin bir istəyini təmin edildi, digər cəzası qüvvədə saxlanıldı


Neftçi'nin bir istəyini təmin edildi, digər cəzası qüvvədə saxlanıldı
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurum klubun şikayətini qismən təmin edib.
 
Azərbaycan kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib.
 
Xatırladaq ki, Kamran Quliyev Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun tunelinə daxil olaraq, rəsmi şəxslərə qarşı işlətdiyi ifadələrə görə cəza alıb.
 
Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin keçmiş futbolçusu Cavidan Rəhimli ilə bağlı qərarı isə qüvvədə saxlayıb:
 
1. Cavabdeh “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilmiş Apellyasiya şikayəti təmin edilməsin.
 
2. Oyunçuların Statusu və Transferi Komitəsinin 6 mart 2023-cü il tarixli qərarı qüvvədə saxlanılsın.
 
3. Qərarın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddiaçı Cavidan Rəhimliyə ödənilmiş 1100 AZN nəzərə alınsın və ödənilməmiş qalan 8800 AZN pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsin.
 
Xatırladaq ki, vaxtilə “Neftçi-2”nin sıralarında olmuş Cavidan Rəhimli müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün klubdan AFFA-ya şikayət etmiş və paytaxt təmsilçisi günahkar hesab olunmuşdu.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi