23 iyul 2026. Cümə axşamı

Məni məyus edən onların üzgün halda geri dönməsidir


Məni məyus edən onların üzgün halda geri dönməsidir
"Kəpəz”in  baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 33-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. İlk qolu tez buraxdığımız üçün ritm pozuldu. Ümumillikdə futbolçuların çıxışından narazılığım yoxdur. Onlar bacardıqları qədər mübarizə apardılar. Çalışdıq ki, hücumlar quraq. Mənə dedilər ki, Xvalkonun epizodunda top qapı xəttini keçmişdi. Qol olsaydı, tamamilə fərqli oyun görərdik. Şamaxıda hiss etmişdim ki, komandam yorğunluq fonunda futbol oynayır, geri gedir. Oyunçular sağ olsunlar ki, bu vəziyyətdə, məğlub olmağımıza baxmayaraq, baxımlı futbol oynadılar. Komandamız "Sabah"dan çəkinmədi. Topa nəzarət etməyə çalışırdıq, hücumlar qururduq. Rəqibin çempionluğa şansı var. Ona görə də bilirdik ki, gərgin mübarizə olacaq. Məni məyus edən Gəncədən bura gələn fanatların geriyə üzgün halda dönməsidir. Bizə qarşıdakı üç oyunda heç olmasa üç xal lazımdır ki, elitada qala bilək. Futbolçularımdan heç bir narazılığım yoxdur. İlk qol oyunun sınma nöqtəsi idi".






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı