8 may 2026. Cümə

Vüqar Əsgərli: Hələ heç nə bitməyib


Vüqar Əsgərli: Hələ heç nə bitməyib
"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 33-cü turunda "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun hər iki komanda üçün önəmli idi. "Zirə" avrokuboklar zonasından qopmaq istəmirdi, biz də Premyer Liqada qalmaq istəyirik. Təəssüf ki, zəif oynayıb məğlub olduq. Çətin olsa da, toparlanıb yolumuza davam edəcəyik. Oyunlar azaldıqca gərginlik artır. Belə məqamlar komandaya pis təsir edir. Amma biz məqşçilər peşəkarıq, komandanı toparlayacağıq. Hələ heç nə bitməyib. Heyəti taktikaya və məqşlərdəki performansa görə qururuq. Bahadur Həziyevin mikrozədəsi idi. Buna görə də risk etmədik. Amil Yunanov 90 dəqiqə oynamağa hazır idi. Məğlub durumda olarkən hücumçunu meydandan çıxarıb, yerinə yarımmüdafiəçi buraxa bilməzdik. Ehtiyat oyunçular skamyamızı gördünüz”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi