10 avqust 2026. Bazar ertəsi

Qarabağ'la Qəbələ'nin 73-cü dueli


Qarabağ'la Qəbələ'nin 73-cü dueli
Misli Premyer Liqasında XXXIII turun son oyununda “Qəbələ” səfərdə “Qarabağ”la qarşılaşacaq. Corner.az xəbər verir ki, bu, iki komanda arasında 73-cü duel olacaq. 
 
İndiyədək 72 dəfə qarşılaşan rəqiblərin oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib. Digər 38 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 56 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 114 top buraxıb.
 
Ölkə kubokunda 15 matça çıxan rəqiblər Premyer Liqada 58-ci dəfə üz-üzə gələcək. Çempionatda 10 qələbəsi olan “Qəbələ” 15 dəfə meydanı sülhlə tərk edibsə, 32 dəfə uduzub. Rəqib qapısına 44 dəfə yol tapan “qırmızı-qaralar” 90 top buraxıb.
 
“Qəbələ” tarixində 36-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 21 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” futbolçuları 64 top buraxıb.
 
Xatırladaq ki, mayın 8-də “Azersun Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı