8 may 2026. Cümə

Turan Tovuz'un Neftçi ilə oyundakı İLKLƏRİ


Turan Tovuz'un Neftçi ilə oyundakı İLKLƏRİ
Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” ilə oyun “Turan Tovuz” üçün ilklərlə yadda qalıb. Corner.az saytı xəbər verir ki, Tovuz təmsilçisinin rəqibini 4:0 hesabı ilə məğlub etdiyi qarşılaşma yeni rekordlarla əlamədar olub.
 
Tovuzlular bununla ilk dəfə bir qarşılaşmada rəqib qapısından 4 top keçiriblər. “Ağ-qaralar”ı üç dəfə mərkəzə dəvət edən hücumçu Runi Eva isə çempionatda ilk het-trikin müəllifi kimi “Turan Tovuz”un tarixinə düşüb.
 
O, eyni zamanda çempionatımızda het-trikə imza atan ilk kamerunlu olub. Runiyə qədər Afrika qitəsindən olan oyunçular bunu 7 dəfə bacarmışdılar. Əhməd Ticani 2, digərləri isə 1 dəfə het-trik müəllifi olub.
 
Runi Eva həm də cari mövsüm Premyer Liqada het-trik edən ikinci oyunçudu. Ona qədər yalnız “Neftçi”nin kapitanı Emin Mahmudov bunu bacarıb. Yarımmüdafiəçi XV turda “Səbail”lə görüşdə rəqibi 3 dəfə məyus edib.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi