5 noyabr 2026. Cümə axşamı

Qarabağ Qəbələ'ni darmadağın etdi


Qarabağ Qəbələ'ni darmadağın etdi

Bu gün Misli Premyer Liqasında XXXIII tura yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında lider “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edib. Bu oyunda meydan sahibləri darmadağınla qalib gəlib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”a, “Şamaxı” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Turan Tovuz” “Neftçi”ni 4:0 məğlub edibsə, “Sumqayıt” “Səbail”lə ev oyunundan 1:3 hesabıyla məğlub ayrılıb.

Misli Premyer Liqası
XXXIII tur
8 may

“Qarabağ” – “Qəbələ” 3:0
Qollar: Elvin Cəfərquliyev, 43. Abdulla Zubir, 75. Ramil Şeydayev, 84.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
“Azersun Arena”, 20:00.







Misli Premyer liqa