23 iyun 2026. Çərşənbə axşamı

Qarabağ imkan verdiyi qədər hücum edə bildik


Qarabağ imkan verdiyi qədər hücum edə bildik
"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 33-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bilirdik ki, ağır oyun olacaq. Rəqib çempionatın vahid lideridir. Komanda olaraq layiqli mübarizə aparmağa çalışırdıq. Uğurlu nəticə ilə meydançadan ayrılmağa çalışırdıq. “Qarabağ” bu gün ən yaxşı oyunlarından birini oynadı.
 
Gəlin, rəqibi nəzərə alaq və elə danışaq. “Qarabağ” imkan verdiyi qədər hücum edə bildik. Oyunu daha çox öndə qurmağı planlaşdırırdıq. Rəqib məcbur etdi ki, cərimə meydançamızda oynayaq.
 
Siz mənim üzümdə həyəcan hiss edirsinizsə, komandada da vəziyyət eynidir. Mən həyəcanlı birinə oxşayıram? Niyə indidən kubok matçına köklənək? Həmin oyuna hələ var. Futbolçularıma inanıram. Qarşıda çempionat oyunları bizi gözləyir”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı