10 avqust 2026. Bazar ertəsi

AFFA daha üç komandaya texniki məğlubiyyət verdi


AFFA daha üç komandaya texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının “Füzuli” FK – “Qusar” FK oyununda “Qusar” futbolçusu Firudin Ağalarov qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığına görə 4 oyun cəzalandırılıb.
 
U-17 Liqasının “Turan Tovuz” FK – “Xan Lənkəran” PFK oyunu “Xan Lənkəran” təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə, “Xan Lənkəran” klubu yarışlardan kənarlaşdırılıb.
 
U-16 Liqasının “Qarabağ” FK – “Turan Tovuz” FK oyununda “Turan Tovuz”un futbolçusu Nicat Quliyev qarşılaşma bitdikdən sonra hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
U-16 Liqasının EFA - İFA oyununda İFA-nın futbolçusu Məhəmməd Rəsulzadə aqressiv davranışa (rəqibə ayaqla zərbə) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
 
U-15 Liqasının “Kəpəz” – “Ağ Şəhər” oyunu “Ağ Şəhər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Ağ Şəhər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-12 Liqasının “Lamasiya” (Baku) – “Mübariz” FK  qarşılaşması “Mübariz” komandası təyin olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə  “Mübariz”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı