8 may 2026. Cümə

Zirə avrokuboklara vəsiqə qazanmaya bilər


Zirə avrokuboklara vəsiqə qazanmaya bilər
"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 34-cü turunun “Kəpəz”lə qarşılaşmasından sonra fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:1 başa çatan oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Hər iki komanda sürətli oynamağa çalışırdı. Qələbə qazanmaq istəyirdik. Planlaşdırmadığımız növbəti iki xal itirdik. Məyusuq.
 
Qələbə üçün hücumda dəqiqliyimiz, müdafiədə yaxşı çıxış etməyimiz çatmırdı. Dirəkdən dönən zərbələrimiz oldu. Əsas təhlil etdiyim məqam rəqibin standart vəziyyətlərdən sonra dönən topları qapıya göndərməsi idi. Bilirdim ki, rəqib bu məqamlarda təhlükəli olur. Futbolçularım tapşırığımı diqqətə almadı.
 
Vladislav Kulaçın zədələnərək meydanı tərk etməsi komanda üçün böyük itkidir. Bizim üçün usta oyunçudur. Yenə də vacib məqamda zədələndi. Nədənsə “Kəpəz”lə oyunda uğursuzluqlar özünü göstərir. Buna baxmayaraq, qələbə qazanmalı idik. Kulaç mövsümü erkən bitirə bilər. "Rəqib hücumdadırsa, hakim çağırsa belə meydançaya daxil olmağa tələsməyin", deyə həkimlərlə danışmışdım. Bunun üçün onları dayandırdım.
 
“Zirə” avrokuboklara vəsiqə qazanmaya bilər. Müəyyən xal itkilərindən sonra durumumuz onsuz da çətin idi. Şansımızı sona qədər davam etdirməliydik. Rəqibi basqı altında saxlamaq olardı. Təqvimimiz də çətin idi. Bu gün olan xal itkisi vəziyyəti çətinləşdirdi”.






Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi