10 avqust 2026. Bazar ertəsi

Qarabağ çempionluğu təmin etdi!


Qarabağ çempionluğu təmin etdi!

Bu gün Misli Premyer Liqasında XXXIV turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə “Qəbələ” doğma meydanda “Turan Tovuz”u sınağa çəkib. Üç qolun qeydə alındığı oyunda qonaqlar qələbəyə sevinən tərəf olub 

Günün digər oyunu “Səbail” doğma azarkeşləri önündə “Qarabağ”la qarşılaşıb. Ağdam təmsilçisi bu oyunda qələbə qazansaydı, çempionluğunu rəsmiləşdirəcəkdi. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda buna bu matçda vurduğu 3 cavabsız qolla nail olub.

Xatırladaq ki, turun “Zirə” ilə “Kəpəz” arasında baş tutan ilk matçında qalib müəyyənləşməyib – 1:1. “Neftçi” – “Şamaxı” matçı sabah, “Sumqayıt” – “Sabah” oyunu isə mayın 17-də keçiriləcək.

Misli Premyer Liqası
XXXIV tur
13 may

“Qəbələ” – “Turan Tovuz” 1:2
Qol: Rafael Utziq, 66 - Sadiq Quliyev, 54. Siyanda Xulu, 90+5.
Qırmızı vərəqə: Ürfan Abbasov, 56.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 18:00.

“Səbail” – “Qarabağ” 0:3
Qol: Bəhlul Mustafazadə, 71. Ramil Şeydayev, 77-pen; 86.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
“ASCO Arena”, 20:30.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı