18 mart 2026. Çərşənbə

Son illərin ən maraqlı mövsümünü yaşayırıq


Son illərin ən maraqlı mövsümünü yaşayırıq
"Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 34-cü turunun “Neftçi” ilə oyunundan sonra (1:1) açıqlama verib. Corner.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Neftçi” son iki oyunda qələbə qazana bilmirdi. Üç oyun idi ki, onlara uduzurduq. Qələbə qazanmaq istəyirdik. Alınmadı, amma futbolçularım əzmkarlıq nümayiş etdirdi. Son iki oyun qalıb. Var-gücümüzlə çalışıb Azərbaycan çempionatında qalacağıq.
 
İnanın ki, bütün oyunlar çətin keçir. Son illərin ən maraqlı mövsümünü yaşayırıq. “Qəbələ”nin yaxşı futbolçuları var. Çalışacağıq ki, Premyer Liqada qalaq.
 
“Neftçi” ilə bütün oyunlarımız çətin olur. Təəssüf ki, əvvəllər qol vura bilmirdik. Bu gün qol imkanlarımız var idi. Penalti epizodu olmasaydı, inanırdıq ki, biz də fərqlənə bilərik.
 
Futbolun içində olan hər bir şəxs çempionatımızın maraqlı keçməsini istəyir. Qaydaları unutmaq olmaz. Onlara riayət etməliyik. İstəyərik ki, elitada komandaların sayı çox olsun. Adlar çəkmək istəmirəm, heyətimizdə unudulan futbolçularımız var idi. Oynadılar, mübarizə apardılar. Hazırda digər klublar onlarla maraqlanır”.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi