23 iyun 2026. Çərşənbə axşamı

Premyer Liqanın XXXIV turu yekunlaşır


Premyer Liqanın XXXIV turu yekunlaşır

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

 

Corner.azın məlumatına görə, təxirə salınmış oyunda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Hazırda paytaxt klubu 77 xalla 2-ci, "gənclik şəhəri" təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.

 

İki komanda bunadək ölkə çempionatında 18 dəfə üz-üzə gəlib. Bunların 6-da "Sumqayıt", 9-da "Sabah" qələbə qazanıb. 3 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti də bakılıların xeyrinədir - 33:19.

 

"Sumqayıt" son 6 oyunda qələbə qazanmayıb. "Sabah" ardıcıl üç dəfə böyük hesabla qalib gəlib.

 

Qeyd edək ki, bu görüş "Sabah"ın Türkiyənin "Beşiktaş" komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.

 

Azərbaycan Premyer Liqası

XXXIV tur

17 may

 

19:30. "Sumqayıt" - "Sabah"

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Kapital Bank Arena".

 

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı