23 iyun 2026. Çərşənbə axşamı

8 ildən sonra Azərbaycan çempionatında bir ilk


8 ildən sonra Azərbaycan çempionatında bir ilk
2022-23 mövsümündə ilk dəfə bir oyunu qadın hakim idarə edib.

Corner.az xəbər verir ki, I Divizionun XXIX turunun “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə Fəridə Lütfəliyeva ədaləti qoruyub.
 
Binə qəsəbə stadionunda baş tutan qarşılaşmanı tovuzlular 3:1 hesablı qalibiyyətlə tərk ediblər. Bu matçda Lütfəliyevanın köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olub.
 
Bununla son 8 ildə ilk dəfə I Divizion oyununu qadın baş hakim idarə edib. Buna qədər axırıncı dəfə 2014-15 mövsümündə bu hadisə baş verib.
 
2015-ci il mayın 15-dəki “Ağsu” – “Göyəzən” (4:0) matçının ədalət təmsilçisi Venera Kahriç olub. Maraqlıdı ki, həmin qarşılaşmanın dördüncü hakimi məhz Fəridə Lütfəliyeva olub. O, 2923 gündən sonra meydana yeni “amplua”da çıxıb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı