5 noyabr 2026. Cümə axşamı

I Divizionda da VAR tətbiqinə başlanıldı


I Divizionda da VAR tətbiqinə başlanıldı

Misli Premyer Liqası oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatının almaları zəruridir.

 

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla əlaqədar cari mövsümdə ilk dəfə Azərbaycan I Divizionunda VAR sistemi tətbiq olunub.

 

Dünən “ASCO Arena”da keçirilmiş “Səbail-2” – MOİK qarşılaşmasının baş hakimi Kamran Əliyev olub. Ona Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər.

 

Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetirib.

 










Misli Premyer liqa