10 avqust 2026. Bazar ertəsi

Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif gəlməyib


Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif gəlməyib

"Bu turnirdə iştirakla bağlı bizə rəsmi təklif gəlməyib".

Corner.az xəbər verir ki, "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq turnirində mümkün iştirakları barədə danışıb.

O bildirib ki, hələlik yalnız rəhbərlik səviyyəsində şifahi müzakirələr olub: "Amma turnirə qatılıb-qatılmayacağımızla bağlı konkret qərar yoxdur. Belə bir şey olarsa, rəsmi açıqlama veriləcək. Nə dəvət gəlib, nə də orada iştirakımız təsdiqlənib. Komanda hazırda tamamilə ölkə kubokunun finalına köklənib".

Qeyd edək ki, Rusiya mətbuatında "Neftçi"nin "Zenit", Türkiyənin "Fənərbağça" və Serbiyanın "Srvena Zvezda" komandaları ilə birlikdə mini-turnirdə iştirak edə biləcəyi barədə xəbər yayılıb.

"Ağ-qaralar" Azərbaycan Kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq. Görüş iyunun 3-də "Bakcell Arena"da keçiriləcək. (report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı