23 iyul 2026. Cümə axşamı

Gedəcəyim haqda şayiələri ...


Gedəcəyim haqda şayiələri ...
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivsində səfərdə "Kəpəz"ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında görüşü belə şərh edib:
 
“3 xal qazandığımız üçün sevinirəm. İki oyunçu itirməyimiz məni narahat etdi. Ümid edirəm ki, durumları ciddi deyil. İkinci hissədə daha yaxşı oynadıq. Etdiyim dəyişikliklər oyunumuza aqressivlik verdi. İlk hissədən narazı olduğumu deməzdim. Bəzi qol epizodlarından yararlana bilmədik. Birinci hissənin sonlarında rəqibin ən qısa boylu futbolçusu bizə qol vurdu. İkinci hissədəki oyunumuz məni qane edir. "Sabah"la matça daha yaxşı əhval-ruhiyyədə gedəcəyik.
 
Bildiyim qədərilə müqaviləsi bitən bütün futbolçuarla danışıq olub. Bəziləri yeni sözləşmə imzalayıb. Hazırda bütün diqqətimiz mövsümün sonuna köklənib. Gedəcəyim haqda şayiələri isə şərh edə bilmərəm. Deyə bilərəm ki, burada olacağam”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı