23 iyul 2026. Cümə axşamı

Bu cür hallar məni motivasiya edir


Bu cür hallar məni motivasiya edir
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
“Son turlardı. Komandalarda yorğunluq hiss olunur. Oyundan sonra futbolçularıma təşəkkür etdim. Uzaq yol gedib-gəlmək onları yorur. Artıq komandada zədələr çoxalıb. Minimum məqsəd Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Son oyunları yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik. Amma bu gün alınmadı. Artıq biz də yorulmuşuq. Yol bizi çox yorur. 
 
Rəhbərlik istəsə, işimizə davam edəcəyik. "Kəpəz"i sevən insanlar mənə deyirlər ki, buradan getmə. Bu günə qədər heç bir təklim olmayıb. İşim göz qabağındadır. Hazırda son oyunu fikirləşirəm. Müqavilə barədə heç nə deyə bilmərəm.
 
AZAL-ın büdcəsi 155 min manata endiriləndə işləmişəm. Futbol aləmində bütün çətinlikləri görmüşəm. Az büdcə ilə komanda formalaşdırmaq olar. Qalsam, ən yaxşı nəticəni qarşıma məqsəd qoyacağam. Şərait olsa, çalışaram ki, komanda mükafatçılar sırasında olsun. İşimizə ictimaiyyət qiymət verə bilər. Sadəcə onu deyə bilərm ki, qarşımıza qoyulan məqsədə çatdıq.
 
Bezsəydim, qorxsaydım, bu gün burada olmazdım. Təhdidlər də var. Heç vaxt bunları açıqlayası deyiləm. Həyatım boyu heç vaxt qorxmamışam. Yenə bu hadisələr olsa, işimə davam edəcəm. Əksinə, bu cür hallar məni motivasiya edir”.






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı