10 avqust 2026. Bazar ertəsi

“Şamaxı” ilə “Qəbələ”nin 64-cü dueli


“Şamaxı” ilə “Qəbələ”nin 64-cü dueli
Bugün Misli Premyer Liqasında XXXV tura yekun vurulacaq.

Corner.az xəbər verir ki, “Qəbələ” bu gün səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
 
Mayın 22-də keçiriləcək matç komandalar arasında 64-cü duel olacaq. Rəqiblər ümumilikdə 63 dəfə görüşüb. 22 dəfə qalib gələn “Qəbələ” 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 71 top keçirən “Qəbələ” futbolçuları 81 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox - 5 qol vurub. 
 
“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 59-cu dəfə görüşəcək. Çempionatda 19 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. “Şamaxı” top fərqində də üstündür – 74-64.
 
“Qəbələ” 31-ci dəfə “Şamaxl” ilə rəqib meydanında görüşəcək. 10 səfər qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 13 dəfə uduzub. Rəqib meydanında 33 qol vuran “Qəbələ” 49 top buraxıb.
 
Xatırladaq ki, mayın 22-də keçiriləcək “Şamaxı” - “Qəbələ” oyunu saat 16:30-da başlayacaq.






Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı