23 iyun 2026. Çərşənbə axşamı

Azərbaycandan təklif gözləyirəm


Azərbaycandan təklif gözləyirəm

“Azərbaycana qayıtmaq istəyərəm. Premyer Liqa klublarından təklif gözləyirəm”.

Corner.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq futbolçusu Rodriqo Qattas deyib.

Hazırda ölkəsi Çilidə “San Antonio” klubunun formasını geyinən 32 yaşlı hücumçu Premyer Liqa matçları ilə maraqlandığını bildirib: “Bəli, çempionatınızı izləyirəm. Çünki Azərbaycan Premyer Liqasını bəyənirəm. Həm də orada çoxlu dostlarım çıxış edirlər”.

Qattas “Qəbələ”də cəmi bir il qalmasını koronavirus pandemiyası ilə əlaqələndirib: “Qəbələ”də mənə qarşı münasibət çox yaxşı idi. Ancaq təəssüf ki, ora gedişim pandemiya dövrünə təsadüf etdi. Buna görə də, komandadan ayrılmalı oldum. Yenidən “Qəbələ”də və ya Premyer Liqanın başqa klubunda oynamaq şansı əldə etsəm, bunu mütləq dəyərləndirəcəyəm”.

Qeyd edək ki, Rodriqo Qattas 2020-ci ilin əvvəlində keçdiyi “Qəbələ”dən həmin ilin sonunda ayrılıb. (report)







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı