6 avqust 2026. Cümə axşamı

Verdiyimiz pulu bəyənmirlər - Sənan Qurbanov


Verdiyimiz pulu bəyənmirlər - Sənan Qurbanov
"Digər transferlərin yolunu gözləyirik. Açığı, verdiyimiz pulu bəyənmirlər. Ona görə məsələ bir az gecikir".

Corner.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib. Hələlik Sadiq Quliyev, Kamal Mirzəyev və ispaniyalı yarımmüdafiəçi Fernan Ferreyra Lopesi heyətinə qatan əyalət təmsilçisi daha 2 legioner almaq niyyətindədir. Qurbanov əcnəbilərin ən geci Bolu toplanışında komandaya qoşulacağına ümid edir:

"Dünən ikitərəfli oyun keçirdik. Bu gün uşaqlar dincələcək. Sabahdan məşqləri bərpa edəcəyik. Yeni legionerlərin komandaya tez qoşulmasını istəyirik. Burada alınmasa, uzağı Bolu toplanışında bizimlə olacaqlar".

Baş məşqçinin sözlərinə görə, Türkiyədə iyulun 4-dən 18-dək olacaq təlim-məşq toplanışındakı rəqiblərdən hələlik yalnız biri dəqiqləşib: "Rəqiblərlə bağlı danışıq gedir. Hələlik yalnız "Mariopul"la qarşılaşacağımız dəqiqdir. Komandalar başqa gündə oynamağı təklif edirlər. Amma biz razılaşmırıq. Çünki 5 gündən bir oyun keçirmək istəyirik".

S. Qurbanov baxışa çağırdıqları bütün futbolçuların geri qaytarılmasının səbəbini də açıqlayıb: "Baxışda olan futbolçuların çıxışı bizi qane etmədi. Yalnız Orxan Əliyev qalmışdı. Onun da əlini sıxıb, göndərdik. Heç birini bəyənmədik, çünki akademiyamızın futbolçularından geri qalırdılar. Öz uşaqlarımıza üstünlük verəcəyik".





Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı