23 oktyabr 2024. Çərşənbə

Çempionatlarda medal qazanan məşqçilər - SİYAHI


Çempionatlarda medal qazanan məşqçilər - SİYAHI
Azərbaycan çempionatları tarixində medal qazanan bütün baş məşqçilərin siyahısı müəyyənləşib.

Corner.az xəbər verir ki, “Report”un araşdırmasına əsasən, hər mövsüm üzrə qızıl, gümüş və bürünc mükafat əldə edən mütəxəssislərin adları sıralanıb.

“Qarabağ”ın hazırkı baş məşqçisi Qurban Qurbanov baş tutan 30 çempionatın az qala yarısında – 14-də fəxri kürsüyə qalxıb. 51 yaşlı mütəxəssis ilk tituluna 2006/2007 mövsümündə “Neftçi”ni çempionatın ikincisi etməklə yiyələnib.

Qurbanov 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”a 9 qızıl, 2 gümüş, 2 bürünc medal qazandırıb.

Mükafat sayında ikinci sırada Ağasəlim Miracavadov qərarlaşıb. O, baş məşqçilik dönəmində komandalarına 5 çempionluq qazandırıbsa, 1 dəfə ikinci, 1 dəfə isə üçüncülüklə kifayətlənib.

Mehman Allahverdiyev 6, Kazbek Tuayev isə 5 dəfə ilk “üçlüy”ə düşmək sevinci yaşayıb. Fərq ondadır ki, Tuayev 4 qızıl, 1 gümüş, Allahverdiyev isə 3 qızıl, 1 gümüş, 2 bürünc medala yiyələnib.

Murad Musayev və Laurentsiu Regekampf bu mövsüm müvafiq olaraq “gümüş” və “bürünc”ə sahib olublarsa, hazırda Premyer Liqada çalışan mütəxəssislərdən Şahin Diniyev, Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasov və Rəşad Sadıqov da əvvəl mükafatçılar sırasına düşüblər.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir