23 iyun 2026. Çərşənbə axşamı

"Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar"


"Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar"
Çexiyanın iDNES.cz saytı ölkə çempionu "Sparta"nın 2023/2024 mövsümü üçün Çempionlar Liqasındakı potensial rəqibləri haqda yazı hazırlayıb.

Corner.az xəbər verir ki, yazıda Ağdam təmsilçisinin Praqa klubunun ən çətin potensial rəqiblərindən biri olduğu vurğulanıb. Bildirilib ki, "Qarabağ"ı Çexiyada yaxşı tanıyırlar:

“Dinamo” (Zaqreb, Xorvatiya), “Ferensvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Kopenhagen” (Danimarka) Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün “Sparta Praqa”nın ən çətin potensial rəqibləridir. İtaliya çempionatının geridə qalan turlarında sürpriz olmasa, o zaman Çexiya çempionu avrokuboklara 3-cü mərhələdən başlayacaq. "Slovan", "Ferensvaroş" və "Qarabağ" "Sparta" ilə qarşılaşmaları üçün iki mərhələ keçməlidir.

“Qarabağ”ı Çexiyada yaxşı tanıyırlar, ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda “Viktoriya” ilə mübarizə aparıblar (0:0, 1:2). Daha sonra cavab oyununda azərbaycanlılar matç ərzində üstünlüyə malik olsalar da, qapıçının  kobud səhvləri səbəbindən məğlub oldular. Çexiyalı qapıçı isə güllə keçirməz idi” - deyə yazıda bildirilib.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı