18 mart 2026. Çərşənbə

Bu həftə Premyer Liqada mövsüm bitir


Bu həftə Premyer Liqada mövsüm bitir
Bu həftə Premyer Liqada 2022/23 mövsümü başa çatacaq. 
 
Corner.azxəbər verir ki, sonuncu tur iki günü əhatə edəcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Kəpəz”i qonaq edəcək.
 
Sabah baş tutacaq görüş komandaların 24-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 23 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.
 
Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. “Qəbələ” top fərqində də öndədir – 31-19. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
 
12-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 15 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 7 top buraxıb
 
Sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 17:30-da başlayacaq.






Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi