23 iyun 2026. Çərşənbə axşamı

"Beş futbolçu transfer edə bilərik” - Murad Musayev


"Beş futbolçu transfer edə bilərik” - Murad Musayev
"Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” ilə oyunundan sonra (0:1) fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Bizim hədəfimiz avrokuboklara vəsiqə qazanmaq idi. Bu hədəfə çatmışıq. Futbolçularıma göstərdikləri nizam-intizama görə təşəkkür edirəm! Son 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə etmişdik. Buna görə də onlara minnətdaram! Təkcə xal baxımından yox, keyfiyyət və psixoloji cəhətdən mövsümü uğurlu sayıram.
 
Yusif İmanov və Bəxtiyar Həsənalızadə ilə avrokuboklarda oynamağı düşünürük. Bu necə sualdır? Bunu özünüz düşünürsünüz? Siz həmişə neqativ suallar verdiyiniz üçün emosiya nümayiş etdirirəm.
 
Bəzi mövqelərdə çıxış edən futbolçularla müqavilələri uzatmaq məsələsi haqda hələ gözləyirik. Beş futbolçu transfer edə bilərik. “Neftçi” ilə oyundan öncə müqavilə müddətinin bitməsi ilə bağlı futbolçularla danışmamışıq. Onlarla danışmadan burada sizə məlumat vermək düzgün olmaz.
 
Ehtimal var ki, təlim-məşq toplanışını Qəbələdə keçirə bilərik. Bütün oyunçular bizə qoşulduqdan sonra Avstriyaya yollanacağıq.
 
Bəli, istirahət üçün Krasnodara gedəcəyəm. Dənizə getməyi planlaşdırıram”.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı