23 iyun 2026. Çərşənbə axşamı

“Turan Tovuz”un ilk transferi


“Turan Tovuz”un ilk transferi
Misli Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuran “Turan Tovuz” gələn mövsüm daha iddialı olmağı hədəfləyir.

Corner.az saytının əldə etdiyi məlumata görə, Tovuz təmsilçisinin ilk transferi də artıq müəyyənləşib.
 
Növbəti mövsüm bölgə təmsilçisinin qapısını qoruyacaq qolkiper məlum olub. Çünki tovuzlular “Sumqayıt”ın qapıçısı Aydın Bayramovla anlaşıb. “Gənclik şəhəri” təmsilçisi ilə müqaviləsi bitən 27 yaşlı qolkiper artıq azad agent statusuna malikdi.
 
Bundan yararlanan “Turan Tovuz” Bayramovla danışıqları müsbət yekunlaşdırıb. Tərəflər artıq müqavilə məsələsində ortaq məxrəcə gəlib.
Qeyd edək ki, Aydın Bayramov geridə qalan mövsüm Premyer Liqada 31 oyun keçirib, 57 qol buraxıb.






Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı