22 iyul 2026. Çərşənbə

"Potensial rəqibləri görmüsünüz, başqa söz demək istəmirəm”


"Potensial rəqibləri görmüsünüz, başqa söz demək istəmirəm”
"Bütün çətinliklərə baxmayaraq, kuboka sahib çıxdıq və buna görə bütün komandaya, futbolçulara, məşqçilər korpusuna təşəkkür edirəm”. Corner.az xəbər verir ki, bu sözlər “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfova aiddir. 
 
Ölkə kubokunun finalında “Neftçi”yə qalib gələrək, ölkə kubokuna qazanan əyalət təmsilçisinin rəhbəri layiqli qələbə qazandıqlarını bildirib: “Həm çempionatda dördüncü yeri tutub avrokuboklara vəsiqə qazandıq, həm ölkə kubokuna sahib çıxdıq. Azarkeşlərimizi təbrik edirəm”. 
 
Nəcəfov, hazırkı heyəti saxlamağın çətin olacağı sözlərini də əlavə edib: “Bu heyəti saxlamaq çox çətindir. Amma buna nail olmağa, komandanın əsas sütunu qorumağa çalışacağıq. Yaxın günlərdə baş məşqçimizlə görüşəcəyik. Onunla müzakirələr aparacağıq. Büdcədə ciddi dəyişiklik yoxdur. Avrokuboklarda gücümüz nəyə çatırsa, onu etməyə çalışacağıq. Komanda avrokuboklara vəsiqə qazanıbsa, deməli, bunu haqq edib. Avropada hansı səviyyədə çıxış edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyini deyə bilmərəm”. 
 
Klub rəhbəri ilk olaraq legionerlərin komandada qalması yöndə danışıqlar aparacağını bildirib: “Əgər bizimlə razılaşmasalar, bu başqa məsələ. Konfrans Liqasında potensial rəqiblərimizi görmüsüz, başqa söz demək istəmirəm. Çalışacağıq, ölkəni layiqincə təmsil edək






Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı