5 noyabr 2026. Cümə axşamı

AFFA “Səbail”i cəzalandırdı


AFFA “Səbail”i cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsi mövsümün son iclasını keçirib.

Corner.az xəbər verir ki, komitə axırıncı turun “Səbail” – “Şamaxı” oyunu ilə bağlı qərarlarını bildirib.
 
Qarşılaşmada təcavüzkar davranışa yol verərək qırmızı vərəqə alan “Səbail”in futbolçusu Elmir Tağıyevə 4 oyun cəza tətbiq edilib, klub 3200 manat cərimələnib.
 
Görüş bitdikdən sonra “A buraxılışı” vəsiqəsi olmayan şəxslərin dəhlizə daxil olması bakılıları əlavə 800 manat da ziyana salıb.
 
Həmçinin hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, həm “Səbail”, həm də “Şamaxı” daha 800 manat cəriməyə məruz qalıb.






Misli Premyer liqa