10 avqust 2026. Bazar ertəsi

Emin Mahmudovun kapitanlıqdan imtina edib-etməməsinə aydınlıq gətirildi

“Emin Mahmudov meydanda olmayanda kapitanlıq sarğısını Rəhman Hacıyev, Eddi İsrafilov və ya İvan Brkiç daşıyır. “Neftçi” adından bəyan edirik ki, adı çəkilən oyunçular Mahmudovla yanaşı, komandanın lider üzvləridir”.

90deqiqe.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Neftçi”nin mətbuat katibi Emin Əfəndi futbolçu Emin Mahmudovun kapitanlıqdan imtina etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

Klub rəsmisi məlumatın həqiqəti əks etdirmədiyini söyləyib: “Premyer Liqanın XI turunun “Sabah”la matçında kapitanlıq sarğısını Rəhman Hacıyev daşıyıb. O, əvəzləndikdən sonra isə sarğını komandanın qolkiperi İvan Brkiçə təhvil verib. Futbolda komandanın əsas kapitanının meydana daxil olduqdan sonra sarğını mütləq şəkildə təhvil almalıdır deyə bir qanun yoxdur".

E. Əfəndi "ağ-qaralar"ın bir nömrəli kapitanının Emin Mahmudov olduğunu vurğulayıb: "Futbolçumuz növbəti matçlarda start “11-liyi”ndə olacağı təqdirdə kapitanlıq sarğısını özü daşıyacaq".

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb

Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı