23 iyun 2026. Çərşənbə axşamı

“Neftçi”nin yubilyarları

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə keçirilən oyun “Neftçi”nin yarımmüdafiəçiləri Filip Ozobiç və Rəhman Hacıyev üçün əlamətdar olub.


“Neftçi”nin yubilyarları

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə keçirilən oyun “Neftçi”nin yarımmüdafiəçiləri Filip Ozobiç və Rəhman Hacıyev üçün əlamətdar olub. 90deqiqe.az xəbər verir ki, onlardan birinci oyun, ikinci isə qol baxımından yubileylə yadda qalıb.

Ozobiç Azərbaycan çempionatlarında 150-ci qarşılaşmasını keçirib. Maraqlıdı ki, bu, onun sabiq komandasına qarşı görüşdə baş verib. Xorvatiya əsilli oyunçu ölkəmizdə olduğu müddətdə çempionatda 51 dəfə fərqlənib. O, 2016-17 mövsümündən bəri “Qəbələ”də 46 (16 qol), “Qarabağ”da 95 (35 qol), “Neftçi”də isə 9 matça çıxıb.

Qəbələ səfərində ikinci qola imza atan Rəhman Hacıyev ölkə çempionatında 30-cu dəfə adını tabloya yazdırıb. Yarımmüdafiəçi 260-cı qarşılaşmasında bunu reallaşdırıb. Debüt qolunu 2011-12 mövsümündə “Bakı”da vuran Hacıyev karyerası ərzində şəhərin eyniadlı komandasında 2, “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3 dəfə fərqlənib.

Qeyd edək ki, “Neftçi” “Qəbələ”ni səfərdə 2:0 hesabı ilə üstələyib.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı