23 iyun 2026. Çərşənbə axşamı

AFFA “Sabah” klubunun futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


AFFA “Sabah” klubunun futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

90deqiqe.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail” – “Turan Tovuz” oyununda (2:1) beş futbolçusu sarı vərəqə alan qonaq komanda 700 manat cərimə edilib. Bundan başqa, matçın 90+5-ci dəqiqəsində Tovuz təmsilçisinin azarkeşləri tərəfindən kütləvi şəkildə baş hakimin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub əlavə 500 manat cərimə ödəyəcək.

“Qəbələ” – “Neftçi” oyununda (0:2) hər iki tərəfdən 4 futbolçu sarı vərəqə aldığı üçün klubların hərəsi 700 manat cərimələnib.

“Sabah” – “Zirə” oyununun (0:1) 42-ci dəqiqəsində meydana sahiblərinin futbolçusu Emmanuel Apeh ikinci sarı vərəqə ilə meydandan qovulduğuna görə 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı