22 iyul 2026. Çərşənbə

40-cı qol, rekordun təkrarı, “Sabah”dan ilk

Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub


40-cı qol, rekordun təkrarı, “Sabah”dan ilk

Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub.

90deqiqe.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu XIII turda “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub etdikləri görüşdə bunu reallaşdırıb.

28 yaşlı forvard özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurmuşdu. 3:3 hesabı ilə bitən həmin matçda da Volkov səfərdə het-trik edib.

Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.

“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Forvard “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.







Misli Premyer liqa

"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
  • Misli Premyer liqa
  • 16:39 21.07.2026
"Zirə" kot-d'ivuarlı hücumçunu transfer etdi
"Şəfa" kanadalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 15:57 21.07.2026
"Şəfa" kanadalı vingeri transfer etdi
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Misli Premyer liqa
  • 11:47 21.07.2026
"Monpelye"nin yetirməsi "Turan Tovuz"da
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
  • Misli Premyer liqa
  • 20:12 20.07.2026
"Araz-Naxçıvan" yoxlama oyununda 11 qol vurdu
 "Şamaxı" və "Kəpəz" sülhə imza atdı
  • Misli Premyer liqa
  • 19:34 20.07.2026
"Şamaxı" və "Kəpəz" sülhə imza atdı