10 avqust 2026. Bazar ertəsi

”Kəpəz”in yeni baş məşqçisi: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”

“Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”.


”Kəpəz”in yeni baş məşqçisi: “Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”

“Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”.

90deqiqe.az xəbər verir ki, bunu “Kəpəz”in yeni baş məşqçisi Adil Şükürov deyib.

46 yaşlı mütəxəssis Gəncə futbol ictimaiyyətindən kömək gözlədiyini bildirib: “Gəncə mənə yad yer deyil. Burada futbol oynamışam, camiəni tanıyıram və çox adamla münasibətim var. Ümumi tapşırığımız Gəncə futbolunu düşdüyü durumdan çıxarmaqdır. Bu yolda istənilən kömək bizə xoş olar. Kimsə işimizə mane olmağa çalışacaqsa, ona, ümumiyyətlə, fikir verməyəcəyik”.

A.Şükürov qış fasiləsində yeni transferlər olacağını da gizlətməyib: “Buradakı futbolçularla iş görmək olar. Sərəncamımızda olan heyətlə uğurlu çıxış etməyə çalışacağıq. Qış fasiləsində heyətdə müəyyən dəyişikliklər olacaq, komandaya yeni futbolçular cəlb ediləcək. Hazırkı kollektivi tam tanıdıqdan sonra bu barədə qərar verəcəyik”.

Qeyd edək ki, Adil Şükürov bu gün “Kəpəz”lə 2 illik müqavilə bağlayıb.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı