23 oktyabr 2024. Çərşənbə

Addım-addım səhvlərimizi aradan qaldıracağıq

“Komanda olaraq son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.


Addım-addım səhvlərimizi aradan qaldıracağıq

“Komanda olaraq son iki oyundakı uğursuzluğa son qoymaq istəyirik. Çempionatdakı fasilədən maksimum dərəcədə faydalanmağa çalışırıq”.

90deqiqe.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Melo Azərbaycan Premyer Liqasının XIV turunda “Neftçi”yə qarşı keçiriləcək görüş barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli oyunçu “Sumqayıt” və “Kəpəz”lə görüşdəki yenilgilərin xüsusi qabardılmasını düzgün hesab etmədiyini bildirib: “Futbolda qalib gəldiyin kimi, məğlub da olursan. Yaxşı oynayanda üstünlük səndə olur, pis oynayanda əksi baş verir. Razıyam ki, son iki oyunda imkanımızdan zəif çıxış etdik. Futboldur, bu da ola bilir. Qələbəni heç kim bizdən çox istəyə bilməz. Səbirli olmaq və çox çalışmaq lazımdır. Komanda olaraq səhvlərimizi görürük. Təbii ki, addım-addım onları aradan qaldıracağıq. Yenə deyirəm, bunun üçün çox işləməliyik”.

Paytaxt təmsilçisi ilə oyuna hazırlığın davam etdiyini xatırladan braziliyalı dayaq yarımmüdafiəçisi komandaları adlarına və ya titullarına görə bölmək istəmədiyini deyib: “Başa düşürəm “Neftçi” iddialı və köklü klubdur. Ancaq biz öz işimizi yaxşı görməyə çalışmalıyıq. Buna nail olsaq, məqsədimizə çatacağıq. Yəni kiminlə qarşılaşmağımız yox, oyuna necə hazırlaşmağımız, hazır olmağımız önəmlidir. Meydanda ən yaxşısını etməli, intizamlı və yaxşı konsantrasiya olmalıyıq”.

Vanderson zədəsi ilə bağlı məsələyə də aydınlıq gətirib. O, meydana çıxmaq üçün heç bir problemin qalmadığını, baş məşqçinin qərarını gözləyəcəyini bildirib.

Qeyd edək ki, noyabrın 26-da “Neftçi Arena”da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması saat 15:30-da start götürəcək.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir