10 avqust 2026. Bazar ertəsi

Azərbaycan Kuboku: 3 komanda rəqibin meydanında ev sahibi olacaq

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun proqramı bəlli olub.


Azərbaycan Kuboku: 3 komanda rəqibin meydanında ev sahibi olacaq

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun proqramı bəlli olub. 90deqiqe.az xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.

Bu raundda iştirak edəcək “Lerik”, “Kür-Araz” və “Şəfa” Əsasnamə tələbinə əsasən ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. II Liqa təmsilçiləri Peşəkar Futbol Liqasına rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.

Bu isə o deməkdi ki, adıçəkilən komandalar müvafiq olaraq “Sumqayıt”ı, “Araz-Naxçıvan” və “Səbail”i rəqibin meydanında qəbul edəcək.

 

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” – “Difai Ağsu”

Yevlax şəhər stadionu

13:30. “Araz Saatlı” – “İrəvan”

Saatlı OİK stadionu

13:30. MOİK – “Cəbrayıl”

Binə qəsəbə stadionu

15:00. “Şəfa” – “Səbail”

“ASCO Arena”

17:00. “Turan Tovuz” – “Göygöl”

Tovuz şəhər stadionu

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”

Şamaxı OİK stadionu

13:30. “Kəpəz” – “Baku Sportinq”

Tovuz şəhər stadionu

13:30. “Zaqatala” – “Şamaxı”

Zaqatala OİK stadionu

13:30. “İmişli” – “Mingəçevir”

İmişli şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”

“Dalğa Arena”

18:00. “Lerik” – “Sumqayıt”

“Kapital Bank Arena”







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı