10 avqust 2026. Bazar ertəsi

AFFA 2 klubu cəzalandırdı

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun I təsnifat mərhələsindəki neqativ hallara hüquqi qiymət verib.


AFFA 2 klubu cəzalandırdı

II Liqa komandası “Dinamo”nun futbolçusu Yusif Cəfərov diskvalifikasiya edilib.

90deqiqe.az xəbər verir ki, buna səbəb onun Azərbaycan Kubokunun I təsnifat mərhələsində “Göygöl” ilə oyunda hakimləri təhqir etməsi olub.

Buna görə, o, 4 oyunluq cəzalanıb, komandası 300 manat cərimələnib.

“Kür-Araz”la ev matçının 87-ci dəqiqəsində isə “Sheki City”nin baş məşqçisi Firuddin Mövsümov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdi üçün birbaşa qırmızı vərəqə alıb. Bu, mütəxəssisin 2 oyunluq cəzalanmasına, komandasının 150 manat cərimə edilməsinə səbəb olub.

Qeyd edək ki, həm “Dinamo”, həm də “Sheki City” rəqiblərinə 1:2 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı