17 mart 2026. Çərşənbə axşamı

“Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir”

“Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir”.


“Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir”

“Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir”.

90deqiqe.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.

Musayev həm yığmada, həm də klubda işləmək ehtimalına da toxunub: “Bu gün parlaq oyun gördük. Hər iki komanda hücum futbolu oynadı. "Qarabağ"a qarşı belə səhvlər etməli deyilsən. İki asan qol buraxmamalısan. Matçdan sonra futbolçularımın əlini sıxdım. Onlar bacardıqlarını etdilər. Lakin nəticə pis oldu. Qol vursaydıq, fərqli ola bilərdi. Rəqib hücuma çıxacaqdı və arxada boşluqlar olacaqdı. Qırılma anı olduğunu deyə bilmərəm, amma vacib epizod idi. Aleksey İsayev və Kristian Silva daha yaxşı formadadır. Elvin millidən gəlib və oynamayıb. Praktikası az idi. Aleksey isə iki oyunda meydana çıxdı. Kristian da iki həftədir, yaxşı formadadır. Nicata iradım yoxdur. O, çox yaxşı çıxış etdi. Komandanı önəmli anlarda qoldan xilas etdi. Hazırda "Sabah"ın baş məşqçisiyəm. Burada olmasaydım, mənim üçün millidə işləmək şərəf olardı. Azərbaycanda yaxşı futbolçular var və onlara uğurlar arzu edirəm. Hazırda bütün diqqətim "Sabah"dadır. "Qarabağ" bir müddət əvvəl "Bayer"lə oynadı. Yaxşı mübarizə apardılar. Futbol oynadılar. Vaxt aparmadılar. Mübarizə apardılar. Azərbaycan futbolunda bəzi şeylər dəyişməlidir. Oyunların sürəti artmalıdır. Matçlarda fasilələr minimuma endirilməlidir. Bəzən oyunlarda öndə olan komanda başlayır vaxt aparmağa - simulyasiya edir, qapıçı yerdə qalır. Belə şeylər olmamalıdır”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi