17 mart 2026. Çərşənbə axşamı

Səbəb varsa, onun ən böyüyü özüməm

"Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım. Sakitləşləşsin  ki, ayaqları yaxşı  işləyə bilsin. Bu da alınmadı”.


Səbəb varsa, onun ən böyüyü özüməm

"Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım. Sakitləşləşsin  ki, ayaqları yaxşı  işləyə bilsin. Bu da alınmadı”.

90deqiqe.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Araz-Naxçıvan” ilə 1:1 hesablı heç-heçə edən “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Oyun gərgin və əsəbi getdi. Sürətin azlığı, tempin olmaması görünürdü. Məncə, biz ilk 15 dəqiqəyə yaxşı başladıq. İki qol vəziyyətdən istifadə etsəydik, oyun tamamilə başqa formada gedəcəkdi. Futbolçuların səhvindən sonra qol buraxdıq, artıq komanda toparlana bilmədi. Futbolçular texniki cəhətdən əla idilər. Sadəcə badardıqlarını ortaya qoya bilmədilər. Sanki onlar bu gün bataqlığa batdı və çıxa bilmədilər. Fasilədə də istədim ki, oyunçularımın psixoloji durumunu yaxşılaşdırım. Sakitləşləşsin  ki, ayaqları yaxşı  işləyə bilsin. Bu da alınmadı. İkinci yarıda oyunun tempi hər dəfə düşdükcə, dəqiqələr getdikcə, futbolçularda vahimə yaşanırdı, təşviş var idi. Bu da futbol oynamağımıza imkan vermədi. Bir xal bizim üçün vacibdir. Düzdür biz bir xala oynamırdıq.Turnir cədvəli baxımından belədir. "Araz-Naxçıvan"a gələcəkdə uğurlar azrulayıram və oyuna görə onlar təşəkkür edirəm. Bir xalı qazandıq. 15 oyunu analiz edəndə, bəlkə də pis oyunumuzun üç dənə olduğu görünür. Bunlar "Qəbələ" ilə səfərdəki, "Araz-Naxçıvan"la evdəki və bu gün oynadığımız oyundur. Bilmirəm, yəqin ki, tempi, sürəti tuta bilməmişik. Dəqiq sizə cavab verə bilməyəcəm. Nə desəm, yalan olar. Amma sizinlə tam razıyam ki, layiqli, yaxşı futbol oynaya bilmədik. Bilirsiniz, mən heç vaxt səbəb axtarmıram. Səbəb varsa, onun ən böyüyü özüməm. Futbolçularımız zədəlidir. Ağabala Ramazanov, Cabir Əmirli, Süleyman Əhmədovun olmaması, Yusif Nəbiyev zədəli-zədəli, David Qomisin isə ağrıkəsici oyunlara çıxır. Kiçik komandada bu qədər itki böyük məsələdir. Tam formada deyilik. Formada olmamağımızın səbəbi zədəlilərin tam formaya düşməməsidir. Zaman azdır. Ramalinqoma gəlincə, çox keyfiyyətli forvarddır. Ancaq formada deyil. Yəqin ki, bir həftədən sonra daha yaxşı Ramalinqom görəcəyik”.

 







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi