10 avqust 2026. Bazar ertəsi

“Günahkar axtarmağa ehtiyac yoxdur”

“Bütün bu çətinliklərə baxmayaraq ikinci hissənin son 10 dəqiqəsi xaric komanda yaxşı oynadı”.


“Günahkar axtarmağa ehtiyac yoxdur”

“Bütün bu çətinliklərə baxmayaraq ikinci hissənin son 10 dəqiqəsi xaric komanda yaxşı oynadı”.

90deqiqe.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edən “Sumqayıt”ın məşqçisi Mübariz Orucov deyib. 

– 2:0 hesabını niyə qoruya bilmədiz?

- İlk hissə topu çox itirirdik. Rəqibin təzyiqi təsir etdi. Komandanın diqqətini pozurdular. Komanda 2 qol buraxdı.

- Bu gün günahkar kim oldu?

- Günahkar axtarmayaq. Səhv olubsa hamının səhvidir. Komanda pis oynamadı. O qədər çətinliyə baxmayaraq nəticə yaxşı oldu.

- 3 xal qazana biləcəyiniz oyundan 1 xalla ayrılırsınız. Nə baş verdi?

- Onu oyunu analiz edəndən sonra biləcəyik. İndi nəsə deyə bilmərəm.

- Sizcə, oyunun haqqı heç-heçə idi?

 - 2:0 qazanılan oyun 2:2 bitti. Üzülürük ki, 3 xal əldən çıxdı. Oyunun gedişi elə idi ki, 3 xalı biz itirdik. Amma 1 xala da sevinirik.

 - Bu xal itkiləri mövsüm sonunda klubun hədəflərində nələrisə dəyişirmi?

 - Mövsüm başlayandan elə bir hədəfimiz yox idi. Nə qədər bacarırıqsa, irəlidə olmalı idi. Təbii çempionat davam etdikcə, hər şey dəyişə bilər. Bütün komandalar istəyər ki, avrokuboklarda mübarizə aparsın. Hələ bu barədə danışmaq tezdir. Turnir cədvəlində xal vəziyyəti elədir ki, 2 oyunun nəticəsi ilə mövqe xeyli dəyişə bilir.

 - Transfer gözlənilirmi?

 - Bəli, olacaq. Bu barədə düşünürük. Bəzi mövqelər varki yenidən baxış keçirəcəyik. Müəyyən qərarlar verəcəyik.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı