6 may 2026. Çərşənbə

Bizə qarşı da hakim səhvləri olub - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə 0:1 hesabıyla uduzduqları səfər oyunundan sonra fikirlərini bölüşüb.


Bizə qarşı da hakim səhvləri olub - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə 0:1 hesabıyla uduzduqları səfər oyunundan sonra fikirlərini bölüşüb.

90deqiqe.az xəbər verir ki, o, mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə komandama təşəkkür etmək istəyirəm. Əla oyun göstərdilər. Təəssüf ki, məğlub olduq. Son nöqtəni qoya bilmirdik. Çoxsaylı hücumlar etdik. Bu gün üstünlük bizim tərəfimizdə idi. Yeganə təhlükəli epizod qolla nəticələndi. Bu oyunu qoruyub saxlasaq, uğurlu nəticələr əldə edə bilərik. Komandanın oyunundakı inkişaf məni sevindirir.

Təbii ki, hər bir komanda heyətində hər oyunda fərqlənə biləcək hücumçunun olmasını istəyər. Mən komandamdan razıyam. Biz də istəyərdik geniş heyətə sahib olaq. Amma hazırda buna imkanımız yoxdur.

Ümumən hakimliyi müzakirə etdikdə bir epizod haqda danışmalısan. Bizə qarşı da hakim səhvləri olub. Mən bu il hakimliyin inkişaf etdiyini düşünürəm. Bu, mənim şəxsi fikrimdir”.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi