5 noyabr 2026. Cümə axşamı

II Liqada 13-cü tura start verilir

Futbol üzrə II liqada 13-cü tura start verilir


II Liqada 13-cü tura start verilir

90deqiqe.az xəbər verir ki, bu gün cari mövsümün əvvəlindən etibarən yaradılan II Liqada 13-cü tur start götürəcək. Açılış matçında “Qusar” – “Şəki City” görüşünü izləyiciyik. Günün II matçında isə “Kürmük Qax” “Füzuli”ni qəbul edəcək. Eyni  saatda başlayacaq digər qarşılaşmada “Şəfa” “Ağdaş”la qüvvəsini sınayacaq.

II LİQA

13:00. “Qusar” – “Şəki City”

Hakim: Kamranbəy Rəhimov

Stadion: Kapital Bank Arena (ehtiyat meydança)

 

14:00. “Kürmük Qax” - “Füzuli”

Hakim: Rövşən Rəcəbov

Stadion: Qax OİK stadionu

 

14:00. “Şəfa” - “Ağdaş”

Hakim: Elvin Bayramov

Stadion: Binə qəsəbə stadionu

 

Qeyd edək ki, 12 turdan sonra liqaya aktivində 31 xalı olan “Baku Sportinq” başçılıq edir. “Cəbrayıl” 27 xalla ikinci, “Şahdağ Qusar” 24 xalla üçüncüdür.







Misli Premyer liqa