23 iyun 2026. Çərşənbə axşamı

Elmar Baxşıyev: “Səviyyə fərqini danmaq olmaz”

“Qəbələ” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.


Elmar Baxşıyev: “Səviyyə fərqini danmaq olmaz”

“Qəbələ” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olub.

90deqiqe.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bizim üçün ağır oyun oldu. Rəqib imkan vermədi ki, istədiyimiz futbolu meydanda göstərək. Daha çox komandamdan dinamika gözləyirdim. Epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Komandalar arasındakı səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı. Bizim üçün hər bir xal önəmlidir. Çempionatda hər bir rəqibdən xal almaq mümkündür. Oyunlara köklənməlisən ki, xal və xallar qazanasan. Düz deyirsiniz,  Ülvi keçən il daha uğurlu çıxış edirdi. Potensialı olan oyunçudur. Üzərində işləməlidir. Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq. İki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir. Onlar üçün rotasiyaya etmək rahatdı. Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər”.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı