- Misli Premyer liqa
- 14:59 21.11.2024
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
90deqiqe.az xəbər verir ki, toplantıda Azərbaycan Kubokunun II təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz Saatlı” – “İrəvan” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
“Araz Saatlı” – “İrəvan” matçının oyunöncəsi iclasında “İrəvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 73.1);
“Araz Saatlı” – “İrəvan” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 70.1);
“Karvan” – “Difai Ağsu” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);
“Karvan” – “Difai Ağsu” oyununun 69-cu dəqiqəsində “Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Difai Ağsu” klubu 150 manat cərimə edilir (maddə 39.1);
MOİK – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Cəbrayıl” klubu 70 manat cərimə edilir (maddə 37);
“Kəpəz” – “Baku Sportinq” oyunun hər iki hissəsi “Baku Sportinq” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Baku Sportinq” klubu 150 manat cərimə edilir (maddə 60.4);
“Kür-Araz” – “Araz-Naxçıvan” oyununda “Kür-Araz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);
29.11.2023-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Lerik” – “Sumqayıt” oyununun 23-cü dəqiqəsində “Lerik” klubunun 20 nömrəli futbolçusu Rahid Ağazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı və hadisə nəticəsində “Sumqayıt” klubunun 18 nömrəli futbolçusu Kristian Velinovski əmək qabiliyyətini bir neçə aylıq itirdiyi üçün, PFL Əsasnaməsinin müstəsna hallarda İntizam Komitəsinin qərarının bütün turnirlərə aid olmasını nəzərdə tutan 19-cu maddəsinin 8-ci bəndinə əsaslanaraq Rahid Ağazadə bütün turnirlər daxil olmaqla 6 oyun cəzalanır, “Lerik” klubu 300 manat cərimə edilir (maddə 40.3, 1);
“İmişli” – “Mingəçevir” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);
“İmişli” – “Mingəçevir” oyununun 90+2-ci dəqiqəsində “Mingəçevir” klubunun 60 nömrəli futbolçusu Elmin Bayramov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);
“İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);
“Zaqatala” – “Şamaxı” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
“Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Zaqatala” klubunun 8 nömrəli futbolçusu Roini İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);
“Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Zaqatala” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov təcavüzkar davranışa (rəqibi vurmağa cəhd etdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir (maddə 40.2);
“Zaqatala” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
“Zaqatala” – “Şamaxı” oyunu bitdikdən sonra “Şamaxı” klubunun 10 nömrəli futbolçusu Emin Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şamaxı” klubu 50 manat cərimə edilir (maddə 36.5).