10 avqust 2026. Bazar ertəsi

Azərbaycan çempionatında 200-cü qələbə

II Liqada çıxış edən “Şahdağ Qusar” üçün XIII turda “Göygöl”lə oyun əlamətdar olub.


Azərbaycan çempionatında 200-cü qələbə

II Liqada çıxış edən “Şahdağ Qusar” üçün XIII turda “Göygöl”lə oyun əlamətdar olub. 90deqiqe.az xəbər verir ki, rəqibini 4:0 hesabı ilə məğlub edən qusarlılar Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.

Komanda bunun 8-ni cari mövsüm II Liqada reallaşdırıb. 1992-ci ildən ölkə çempionatlarında mübarizə aparan komanda fasilələrlə Premyer Liqada 59, I Liqada 133 dəfə 3 xala sevinib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbə üçün 558 matç keçirməli olub.

“Şahdağ Qusar” ölkə futbolu tarixində çempionatda ən azı 200 qələbə qazanan 11-ci komandadı. Qusarlıların ilk uğurlu çıxışı 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı