13 aprel 2026. Bazar ertəsi

Portuqaliyalı qapıçı: “Gəncəni çox bəyənirəm”

“Kəpəz”in qapıçısı İqor Rodriges klubun mətbuat xidmətinə açıqlama verib.


Portuqaliyalı qapıçı: “Gəncəni çox bəyənirəm”

“Kəpəz”in qapıçısı İqor Rodriges klubun mətbuat xidmətinə açıqlama verib.

90deqiqe.az xəbər verir ki, portuqaliyalı qolkiper komandaya uyğunlaşdığını bildirib. O, hər oyuna qələbə qazanmaq üçün çıxdığını deyib:

“Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirməkdən ötrü üzərimizdə işləyirik. Buna görə də müəyyən vaxt lazımdır. Yavaş-yavaş kollektivə uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə səy göstərirəm. Komandanın bir üzvü olaraq hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram”.

Gəncə haqda danışan Rodriges şəhəri çox bəyəndiyini bildirib:

“Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Gəzdikcə çox şeyi kəşf edirəm. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar qonaqpərvərdirlər. İdmanı çox sevirəm. Təkcə futbolu yox. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim”.







Misli Premyer liqa

“Sabah”dan 350-ci qol
  • Misli Premyer liqa
  • 11:33 13.04.2026
“Sabah”dan 350-ci qol
Mikelsdən 70-ci qol
  • Misli Premyer liqa
  • 11:11 13.04.2026
Mikelsdən 70-ci qol
Premyer Liqada yeni rekord
  • Misli Premyer liqa
  • 10:54 13.04.2026
Premyer Liqada yeni rekord
“Kəpəz”in 350-ci səfəri
  • Misli Premyer liqa
  • 10:27 13.04.2026
“Kəpəz”in 350-ci səfəri
Son 16 mövsümdə ilk: 2-ci het-trik
  • Misli Premyer liqa
  • 10:22 13.04.2026
Son 16 mövsümdə ilk: 2-ci het-trik
“Turan Tovuz”dan vacib qələbə
  • Misli Premyer liqa
  • 22:13 12.04.2026
“Turan Tovuz”dan vacib qələbə
“Neftçi”dən vacib 3 xal
  • Misli Premyer liqa
  • 22:14 11.04.2026
“Neftçi”dən vacib 3 xal
“Sabah”dan vacib xal itkisi
  • Misli Premyer liqa
  • 21:27 11.04.2026
“Sabah”dan vacib xal itkisi