10 avqust 2026. Bazar ertəsi

Rəşad Sadıqov: “Qol epizodlarımızdan istifadə edə bilmirik”

“Oyun gərgin mübarizə şəraitində keçdi. Qarşılaşmanın ilk 10-15 dəqiqəsində "Araz-Naxçıvan" daha fəal idi”.


Rəşad Sadıqov: “Qol epizodlarımızdan istifadə edə bilmirik”

90deqiqe.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”la heç-heçə oynayan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Gənc mütəxəssis son turlarda qeydə alınan uğursuz nəticələrə aydınlıq gətirib. Sadıqov qol vəzyyətlərindən istifadə edə bilmədiklərini qeyd edib: “İlk sıralarda qərarlaşdığımız üçün komandada gərginlik hiss olunurdu. 16 turda heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu, normal haldır. 28 xal qazanmışıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdən irəli gəlir.

“Zirə”nin baş məşqçisi qışda bir neçə futbolçu ilə güclənə biləcəklərini bildirib: “Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XVI turunun “Zirə” – “Araz-Naxçıvan” qarşılaşması 0:0 hesabı ilə basa çatıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı